Alman xalqı yenidən koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirib
Alman xalqı bir daha bu ölkə hökuməti tərəfindən elan olunmuş yeni koronavirus məhdudiyyətlərinə etiraz edib.
SəhərAzəri xəbər verir, Etirazçılar Berlinin «Aleksanderplats» rayonunda aksiya keçiriblər.
Koronavirusa yoluxanların sayının nəzərəçarpacaq dərəcədə artması ilə Almaniya hökuməti ötən çərşənbə axşamı günü yeni məhdudiyyətlər tətbiq edibdir.
Şənbə günündən icra olunan yeni göstərişlərə əsasən, müxtəlif ailələrdən olan beş nəfərdən çox şəxsin qapalı məkana toplaşması qadağandır və ictimai məkanlar yerli vaxtla saat iyirmi ikidən səhər saat altıyadək bağlı olacaqdır.
Almaniyada koronavirusa yoluxanların nigaranedici tərzdə artması ilə bir zamanda bu ölkənin yüksək vəzifəli rəsmiləri, o sıradan Almaniya kansleri Angela Merkel bu məsələ barədə xəbərdarlıq ediblər.
Son statistikalara görə, Almaniyada koronavirusa yoluxanların sayı 321 min nəfəri ötüb keçibdir ki, bu miqdardan doqquz min 600 nəfərdən çox insan həyatını itiribdir.