Aİ Qarabağda atəşkəsin pozulmasından narahatlıq ifadə edib
Avropa İttifaqını Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Azərbaycan Respublikası və Ermənistan hərbçiləri tərəfindən atəşkəsin pozulması və mülki obyektlərə edilən hücumlardan ciddi narahatlıq ifadə edib.
SəhərAzəri xəbər verir, Avropa İttifaqını Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Qarabağ bölgəsində atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini bildirərək, deyib: "Mülki obyektlərə edilən hücum və onun itkiləri barədə aldığımız məlumatlar ciddi narahatlıq doğurur".
Bu elə bir haldadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən üçtərəfli görüşdən sonra birgə bəyanatı qiraət edərək, razılaşmaya əsasən, Qarabağda atəşkəs rejiminin oktyabrın 10-dan qüvvəyə minəcəyini bildirib.
Həmçinin Azərbaycan Respublikası və Ermənistanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülhməramlı bir razılaşmaya nail olmaq üçün substantiv danışıqlara ən tez bir zamanda başlaması qərara alınıb.