Okt 13, 2020 09:02 Asia/Baku
  • Trampın Baydenə qarşı şifahi hücumları davam edir

ABŞ prezidenti bir tvitter mesajında demokratların Amerika prezident seçkilərinə namizədinə hücum edərək deyibdir ki, demokratlar Amerikanı bir sosialist ölkəsinə çevirmək niyyətindədirlər.

SəhərAzəri xəbər verir, Donald Tramp bu tvitt-də demokratların üç noyabr 2020-ci il prezident seçkilərinə namizədi Co Baydenə hücum edərək, iddia edibdir ki, amerikalılar sosialist bir xalq kimi davam gətirə bilməzlər; demokratlar məhz bunu istəyirlər. Amerika heç vaxt Venesuelanın daha iri variantına çevrilməyəcəkdir.

Amerika prezidenti Baydenə qarşı təhqirlərini davam etdirərək, bildiribdir ki, onun deməyə bir sözü yoxdur.

Belə bir halda, respublikaçılar Amerika prezident seçkilərinin keçirilməsi ərəfəsində Trampın seçki rəqabətlərində məğlub olacağından olduqca nigarandırlar.

Respublikaçı senator Ted Kruz son zamanlar xəbərdarlıq edibdir ki, Trampın prezident seçkilərində məğlub olacağı təqdirdə, bu ölkədə «Vatergeyt» rüsvayçılığı miqyasında qan su yerinə axacaqdır.

1972-74-cü illər arasında baş vermiş «Vatergeyt» rüsvayçılığı işi, sonda Amerikanın ozamankı prezidenti Riçard Niksonun istefa verməsilə nəticələndi.

Son aylar keçirilən əksər rəy sorğularının nəticələri Baydenin Trampdan öndə getməsindən söz açır.

Trampın koronavirus böhranı ilə mübarizədəki zəif fəaliyyət keçmişi və anti-rasizm etirazlarının yatırılmasını himayə etməsi əksər amerikalıların narazılığına səbəb olubdur.

Teqlər