Okt 13, 2020 12:03 Asia/Baku
  • Senders: Tramp xəstə bir yalançıdır

Müstəqil amerikalı senator ABŞ prezidentini xəstə yalançı adlandırıb.

SəhərAzəri xəbər verir, Berni Senders bir tvitter mesajında Amerika prezidenti Donald Trampın özünün ikinci prezidentlik dövründə daha yaxşı müalicə sığortası təşkil edəcəyi barədəki vədinə işarə ilə deyib ki, Tramp yalnız öz sözlərinİ təkrar edən xəstə bir yalançıdır.

Senders bu tvittdə yazıb: Ötən dörd ildə Tramp müalicə sığortasını iyirmi milyon amerikalının əlindən alıbdır.

Senders sonra Trampın müalicə sığortası barədəki tvittinin təsvirini yayıbdır.

Tramp bu tvittdə belə vəd edibdir: Biz Barak Obamanın müalicə sığortasından daha yaxşı bir müalicə sığortasına malik olacağıq.

Tramp «Obamaker» müalicə sığortasını ləğv və özünün müalicə sığortası proqramını təqdim etdi. Lakin demokratlar ona qarşı çıxaraq, bu proqramı varlıların xeyrinə, zəif və orta təbəqələrin zərərinə adlandırdılar.

Teqlər