Pakistanın cənub-qərbində Sərhəd Xidməti qüvvələrinə hücum edilib
https://azeri.sahartv.ir/news/dünya-i368447-pakistanın_cənub_qərbində_sərhəd_xidməti_qüvvələrinə_hücum_edilib
Pakistanın cənub-qərbində Sərhəd Xidməti qüvvələrinə hücum edilib, azı 15 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2020 13:41 Asia/Baku
  • Pakistanın cənub-qərbində Sərhəd Xidməti qüvvələrinə hücum edilib

Pakistanın cənub-qərbində Sərhəd Xidməti qüvvələrinə hücum edilib, azı 15 nəfər ölüb.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə məlumatı “The Times of İndia” qəzeti yayımlayıb.

Mənbə iki pakistanlı kəşfiyyat zabitinə istinadla bildirib ki, Pakistanın Bəluçistan bölgəsində Ərəb dənizi sahili yaxınlığında Çinin neft-qaz sahəsilə bağlı böyük yatırımlar etdiyi şirkətə və bu şirkətin işçilərinin təhlükəsizliyini təmin edən Sərhəd Xidməti qüvvələrinə naməlum silahlılar tərəfindən hücum edilib.

Məlumata görə, hücum nəticəsində şirkətin 7 işçisi və 8 Sərhəd Xidməti əməkdaşı həyatını itirib.

Bəzi mənbələr hücumun bölgədə separatçı qüvvə kimi tanınan “Bəliçistanın Azadlıq Cəbhəsi” tərəfindən törədilıdiyi qənaətindədirlər.