Əfqanıstanın Gündüz əyalətindəki qarşıdurmalarda 12 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i368545-Əfqanıstanın_gündüz_əyalətindəki_qarşıdurmalarda_12_nəfər_ölüb
Əfqanıstanin yerli rəsmiləri bildiriblər ki, bazar günü ölkənin şimalında olan Gündüz əyalətində son silahlı qarşıdurmalarda 7 əsgər və 5 Taliban yaraqlısı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2020 15:05 Asia/Baku
  • Əfqanıstanın Gündüz əyalətindəki qarşıdurmalarda 12 nəfər ölüb

Əfqanıstanin yerli rəsmiləri bildiriblər ki, bazar günü ölkənin şimalında olan Gündüz əyalətində son silahlı qarşıdurmalarda 7 əsgər və 5 Taliban yaraqlısı öldürülüb.

SəhərAzəri xəbər verir, Yerli bir Əfqan rəsmisi jurnalistlərə deyib: Bu qarşıdurmalar dünən gecə bir qrup silahlı yaraqlı tərəfindən Gündüz əyalətində yerləşən iki bölgədə, müxtəlif silah və RPG-dən istifadə ilə Əfqanıstan Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin nəzarət buraxılış məntəqələrinin hücumlara məruz qalmasından sonra baş verib.
Bu Əfqan rəsmisi əlavə edib: Hücumda üç hökumət qüvvəsi və üç Taliban yaraqlısı da yaralanıb.