Tramp öz nazirlər kabinetinin üzvlərindən narazıdır
ABŞ prezidenti bu ölkənin prezident seçkilərinə az bir vaxtın qalmasına rəğmən, öz nazirlər kabinetinin üzvlərinə qarşı kəskin mövqe tutubdur.
SəhərAzəri xəbər verir, Bundan öncə öz nazirlər kabinetinin ən sadiq üzvləri, yəni baş prokuror Uilyam Bar və dövlət katibi Mayk Pompeodan məyus olduğunu və başını itirdiyini bildiriən Amerika prezidenti Donald Tramp indi də maliyyə naziri Stiven Mnuçinin fəaliyyətindən olduqca narazıdır.
Tramp həmçinin son həftələr ərzində dəfələrlə Amerika Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rayı tənqid edərək, ona qarşı şifahi hücum etmişdi. Səbəb isə onun Trampın poçtla səsvermədə potensial saxtakarlıq barədəki iddiası ilə təzadlı sözlər söyləməsi olubdur.
Amerika səviyyəsində aparılmış ən yeni rəy sorğuları Baydenin Trampdan önə keçdiyini göstərir.
Amerika prezident seçkiləri 2020-ci il noyabrın üçündə keçiriləcək.