Okt 20, 2020 09:59 Asia/Baku
  • Moskvada bir sutkada 49 nəfər koronavirusdan ölüb

Moskvada bir sutkada 49 nəfər koronavirusdan ölüb

SəhərAzəri APA-nın TASS-a istinadən yaydığı məlumata əsasən xəbər verir ki , Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 49 nəfər dünyasını dəyişib.

Bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6058-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 36629 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 5376 nəfər təşkil edib. Ümumilikdə 275 648 xəstə sağalıb.

 

 

 

Teqlər