Rəy sorğularında Bayden Trampdan öndə getməkdə davam edir
Amerikada aparılmış yeni rəy sorğusunun nəticələri göstərir ki, demokratların ABŞ prezident seçkilərinə namizədi bu ölkənin prezidenti Donald Trampdan öndə getməkdə davam edir.
SəhərAzəri xəbər verir, Nyu-York Tayms qəzeti ilə Sina kollecinin birgə rəy sorğusunun nəticələri göstərir ki, Co Bayden milli səviyyədə Donald Trampdan 9 faiz öndədir.
Son aylar Amerikada keçirilən əksər rəy sorğularının nəticələri Baydenin Trampdan öndə getməsindən söz açır.
Trampın təzadlı siyasətləri, əxlaq pozğunluğu, gözlənilməz rəftarları və pis idarəçiliyi onun reytinqinin azalmasına gətirib çıxarıbdır.
Siyasi analitiklərin qənaətinə görə, Trampın koronavirus böhranı ilə mübarizə sahəsindəki zəif keçmişi və bir prezident kimi fəlakətli fəaliyyəti/ Amerikadakı son anti-rasizm etirazları ilə bağlı onun qalmaqallı mövqeyinin kənarında/ asanlıqla onun prezident seçkilərində uğursuz qalmasına səbəb ola bilər.
ABŞ prezident seçkiləri cari il noyabrın üçündə keçiriləcək.