Trampın Çindəki bank hesabı ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır
ABŞ konqresinin nümayəndələr palatasının sədri vurğulayıb ki, Donald Trampın Çində mövcud olan naməlum bank hesabı barədə məlumatlar Amerikanın milli təhlükəsizliyi ilə birbaşa şəkildə bağlı olan bir məsələdir.
SəhərAzəri xəbər verir, Nensi Pelosi Trampın Çində mövcud olan naməlum bank hesabını onun vergidən qaçması ilə əlaqəli hesab edib və belə deyib: Əgər Tramp özünün vergi bəyannaməsini tam və dəqiq şəkildə doldursaydı, bu məsələ daha tez üzə çıxardı.
Pelosi deyib ki, Amerika prezidenti Çində naməlum bank hesabına malik olmasına görə, xəcalətli olmalıdır.
«Nyu York Tayms» qəzeti çərşənbə günü yeni bir ifşaçılıqda bildirdi ki, mövcud vergi keçmişinə əsasən, Amerika prezidenti Çindəki bank hesabını qoruyub saxlayıbdır.
Bu məlumata görə, həmin hesablara nəzarət edən «Tramp beynəlxalq otellər müdiriyyəti» 2013-cü ildən 2015-ci ilədək Çində 188 min 561 dollar vergi ödəyibdir.
«Nyu York Tayms» qəzeti oktyabrın 4-də bir məlumatda vergi sənədlərinə istinadla ifşa etdi ki, Tramp 2016-cı il prezident seçkilərinin keçirilməsindən öncə on-on beş il vergi ödəməkdən çəkinə bilibdir. O, 2017-ci ilə təsadüf edən Ağ Ev-dəki iştirakının ilk ilində təkcə 750 dollar gəlir vergisi ödəyibdir.