Okt 22, 2020 16:37 Asia/Baku
  • Fransanın Avropa Parlamentindəki nümayəndəsi Türkiyənin Aralıq dənizindəki qazıntı əməliyyatına reaksiya verib.

Fransua Xavyer Bellami xəbərdarlıq edib ki, bu birlik Aralıq dənizinin şərqində öz üzvlərinin hüquqlarını qoruyacaqdır.

SəhərAzəri xəbər verir, Bellami Avropa Parlamentinin dünən keçirilən yığıncağında Türkiyənin Şərqi Aralıq dənizindəki enerji kəşfiyyatı və qazıntı fəaliyyətlərinin davam etməsinə reaksiya verib və belə deyib: Ankara gərginlik yaradn hərəkətləri davam etdirir və Türkiyə qayıqları bir daha Yunanıstanın iqtisadi inhisar məntəqəsinə daxil olublar.

Afina-Ankara münasibətləri bir müddətdir kəskinləşib. Buna səbəb, mühacirlərin Türkiyə ərazisindən Yunanıstana daxil olmaları, həmçinin hidrokarbon ehtiyatları üzrə kəşfiyyat və qazıntı üçün Türkiyənin tədqiqat gəmlərinin Yunanıstanla münaqişəli sulardakı iştirakıdır.

Hər iki ölkə bir-birini qarşı tərəfin dəniz, hava və quru məkanını pozmaqda ittiham edir.

Avropa İttifaqı Şərqi Aralıq dənizində Ankara ilə Afina arasındakı çəkişmələrin şiddətlənməsilə Yunanıstana dəstək verir.

Teqlər