Amerikada korona fəlakəti;
Mümkündür 488 min amerikalı, 1 fevrala qədər ölə
Texasdakı Beylor Tibb Məktəbinin dekanı bildirib ki, 1 fevrala qədər 488 min amerikalı korona xəstəliyindən ölə bilər.
SəhərAzəri xəbər verir, Texas vilayətində yerləşən Dalas şəhərinin Beylor Tibb Məktəbinin dekanı DR Peter Hatz MSNBC televiziyası ilə musahibəsində deyib: 3 Noyabr seçkilərinin nəticəsinə asılı olmayaraq, Donald Trump qalib gəlsə və ya uduzarsa, o, yanvar ayına qədər ölkənin prezidentidir və 1 fevrala qədər 488 min amerikalının ölüm ihtimalı var.
Peter Hatz əlavə edib: ABŞ-da milli bir strategiya yoxdur və hazirda virus ölkənin şimal hissəsində yayılır, beləliklə, ikiqat problemimiz var.
Beylor Tibb Məktəbinin dekanı qeyd edib: Ağ Evə nə baş verəcəyini dəqiq bilmirəm, ancaq hökumət keçid dövrü ilə qarşılaşırıqsa və seçki nəticəsi Trampa qarşı olsa, bu məsələnin ölkəyə psixoloji təsirini görəcəyik. Ölkədə psixoloji məsləhətləşmələr edilməlidir və Sosial məsafədən uzaqlaşmaq, icraedici və federal hökumətdən məsul şəxsin prioriteti olmalıdır.
Qeyd edək ki, Koronavirus səbəbindən yoluxma və ölüm hallarının sayına görə ABŞ hələ də dünyada birinci rədədə yerləşib.
İndiyədək ABŞ-da Koronavirusa yoluxmuş insanların sayı 8 746 953 nəfərə çatıb, onlardan 229.284 nəfər ölüb və 5 698 161 nəfər sağalıb.