Okt 24, 2020 17:00 Asia/Baku
  • Maduro:

Venesuela prezidenti, Yaxın gələcəkdə ölkəsinin hərbi, müdafiə və silah sisteminin müstəqilliyi üçün "Hərbi Elm və Texnologiya Şurası"-nın qurulduğunu elan edərək, bu müddətdə İran, Rusiya, Çin və Kuba kimi dost ölkələrin məsləhətlərindən istifadə edəcəyini bildirib.

SəhərAzəri xəbər verir, Nicolas Maduro dünən gecə (yerli vaxtla cümə) Venesuela hərbçiləri ilə keçirilən bir mərasimdə vurğulayıb: "Hərbi Elm və Texnologiya Şurası"-nı aktivləşdirərək silah sistemimizin müstəqilliyini təmin edəcəyik, və bu şurada ən yaxşı mütəfəkkirlərin biliklərindən, Rusiya, Çin, Kuba və İranın və dünyanın bir çox dost ölkələrinin tövsiyələrindən və köməklərindən faydalanacağıq.
Maduro Tvitter üzərindən verdiyi açıqlamasında da bunları qeyd edib: “Venesuela Hava Yollarının 100 illiyində Rusiya, Çin və İranın məsləhəti və köməyi ilə Hərbi Elm və Texnologiya Şurasını geniş şəkildə aktivləşdirmək niyyətindəyik”.
Venesuela prezidenti, həmçinin Kolumbiyadakı muzdluların Venesuela hərbi postlarına və sərhədlərinə hücum etməyə hazırlaşdıqları barədə xəbərdarlıq edib və ordunu Kolumbiya hökuməti tərəfindən hər cür silahlı hücuma və təcavüzə qarşı cavab üçün hazır olmağa çağırıb.

Teqlər