Okt 25, 2020 18:06 Asia/Baku
  • Əl-Qaidənin ikinci rədəli adamı öldürülüb

Hindistan yarımadasında Əl-Qaidənin düşünən beyni, Əl-Qaidənin ikinci nömrəli adamı və əl-Zəvahirinin mümkün əvəz vericisi, Hısam Abdurrauf ləqəbi ilə də tanınan Əbu Mühsin Əl-Misri , Əfqan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

SəhərAzəri xəbər verir, Əfqanıstan təhlükəsizlik qüvvələri Qəzney vilayətində yerləşən Andar bölgəsində keçirilən bir əməliyyat zamanı Əl-Misrinin öldürdüklərini iddia ediblər.
Əfqanıstan Milli Təhlükəsizlik Agentliyi bir tvitində yazıb: Əbu Mühsin Əl-Misri Qəzney vilayətində keçirilmiş xüsusi əməliyyat zamanı öldürülüb. Təhlükəsizlik qüvvələri onu tutmağa çalışarkən öldürülüb. 
Qeyd edək ki, onun adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında yer almışdı. Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə günahlandırılıb.

Teqlər