Venesuela alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıblar
https://azeri.sahartv.ir/news/dünya-i368910-venesuela_alimləri_koronavirusa_qarşı_dərman_preparatı_hazırlayıblar
Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2020 05:37 Asia/Baku
  • Venesuela alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıblar

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Venesuela prezidenti Nikolas Maduro deyib: "Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir".

Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: "ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq".