Tramp: Saxtakarlıq olmasa, seçkilərdə uduzmayacağam
ABŞ prezidenti bir daha bildiribdir ki, yalnız Amerika seçkilərində geniş saxtakarlığın baş verəcəyi halda seçkiləri uduzacaqdır.
SəhərAzəri xəbər verir, Donald Tramp Pensilvaniya ştatının Allentaun şəhərində keçirdiyi seçki kampaniyasındakı çıxışında bir daha Amerika seçkilərində saxtakarlığın baş verməsi ehtimalından danışıbdır.
O, bir daha poçtla səsverməni tənqid edib və belə deyib: Geniş saxtakarlıq, bizim uduza biləcəyimiz yeganə yoldur və bu məsələ baş verməkdədir.
Belə bir halda, Bayden də son zamanlar iddia etmişdi ki, Amerika prezident seçkilərində yalnız saxtakarlığın baş verəcəyi halda uduzacaqdır.
Proqnozlara əsasən, öncəki dövrlərin əksinə olaraq, Amerikada qüdrətin ötürülməsi və ya bərpa edilməsi, problemli bir məsələ olacaq və dinc şəkildə baş verməyəcəkdir.