Okt 28, 2020 09:51 Asia/Baku
  • İslami ölkələrdə Fransa məhsullarının boykot edilməsi genişlənir

Fransa prezidentinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi himayə etməsinin ardınca islami ölkələrdə Fransa məhsullarının boykot edilməsi genişlənməkdədir.

SəhərAzəri xəbər verir, Fransa məhsullarının boykot edilməsini tələb edən ölkələrin sayı artmaqdadır.

Fransa prezidenti Emmanuel Makronun əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi himayə etməsinin ardınca islami ölkələrdən bir qrupu Fransa mallarını boykot edibdir.

Küveyt, İordaniya, Qətər, Pakistan, Misir, Türkiyə və İran əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturalar yaymasına və Makronun mürtəce cavabına görə Fransanı tənqid edən islami ölkələrdəndirlər.

Şagirdlərinə əziz İslam Peyğəmbəri(s.ə.s.) barədəki hörmətsiz karikaturaları göstərən bir fransız müəllimin qətlə yetirilməsinin ardınca Fransa prezidenti müsəlmanları bu qətldə məsuliyyət daşıyan tərəf kimi təqdim etdi.

Makron həmçinin həyasızcasına bir ifadədə Fransanın əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturalar yaymaqda davam edəcəyini bildirdi.

Makronun bu islamofob sözləri bütün dünyada islami cəmiyyətlərin şəxsiyyətləri və rəsmiləri, eləcə də müsəlman xalqlar tərəfindən geniş şəkildə pislənərək, tənqid edilibdir.

Teqlər