ABŞ prezident seçkiləri; 75 milyondan çox insan səs verib
Ən son statistikalar göstərir ki, indiyədək 75 milyondan çox amerikalı bu ölkə prezidentini müəyyən etmək üçün erkən səsvermədə iştirak edib.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, erkən ABŞ prezident seçkilər başlayandan bəri onunla basğlı statistikaları toplayan "ABŞ Seçki Proyekti" portalı dünən gecə 75 milyon 179 amerikalının öz namizədlərinə səs verməsindən xəbər verib.
ABŞ-da keçiriləcək 3 noyabr prezident seçkilərinə bir həftədən az bir müddət qalmış bu erkən iştirak ABŞ tarixində görünməmiş bir hadisədir.
İndiyə qədər 230 mindən çox insanın ölümü ilə nəticələnən ABŞ-da geniş yayılmış koronavirus xəstəliyini nəzərə alsaq, bu ölkənin əksər ştatlarının rəsmiləri koronavirusun yayılmasının qarşısını almaq üçün seçkilərin poçt vasitəsilə keçirilməsini dəstəkləyirlər.
ABŞ prezidenti Donald Tramp isə qiyabi səsverməyə qarşı olduğunu dilə gətirmək üçün heç bir fürsəti əldən verməyib və bu səsvermə metodunun geniş seçki saxtakarlığına yol aça biləcəyini dəfələrlə söyləyib.
Son aylarda ABŞ-da keçirilmiş aparılmış əksər rəy sorğularının nəticələri demokratların prezidentliyə namizədi Co Baydenin Donald Trampı üstələdiyini göstərir.