Seçkidən sonra Amerikada xaos və çaxnaşma təhlükəsi vardır
ABŞ seçkilərinə 4 gündən az bir müddət qalmış, adi insanlardan tutmuş bu ölkə rəsmilərinə qədər sanki hamı özünü mümkün böhran və xaosla üzləşməyə hazırlayır.
SəhərAzəri Fars xəbər agentliyinin məlumatına istinadla xəbər verir ki, ABŞ seçkilərinə 4 gündən az bir müddət qalmış bu ölkədə vəziyyət o qədər də qeyri-adi görünmür, Lakin xalq və rəsmilər özlərini sanki mümkün böhranlarla qarşılaşmağa hazırlayırlar.
Son günlərdə bu hazırlıqlarla bağlı bir neçə xəbər yayılıb ki, hamısı ABŞ seçkilərindən sonrakı günlərdə seçki iğtişaşlarının olacağından xəbər verir. Hansı ki, iki namizədin səslərinin yaxınlaşması və ya hər birinin erkən qələbəsini elan etməsi, bu iğtişaşların alovlanmasına və seçki saxtakarlığı və ya nəticənin şübhə altına alınmasına səbəb ola bilər. O zaman bu ölkədə xaos yarana bilər, odur ki, Tramp və Baydendən tutmuş digər rəsmilər və xalq onun üçün hazırlıqlar görürlər.
"NBC" kanalı bir proqnozda elan edib ki, bu ilki seçkilərin iğtişaşa səbəb ola biləcəyini nəzərə alaraq, seçki məntəqələrində nizam-intizamı qorumaq üçün polis qüvvələri və Şeriflərə hədsiz təzyiq göstəriləcək. Medianın dediyinə əsasən, elə bir vəziyyət yaranıb ki, Trampı dəstəkləyən və onun istəyi ilə "seçki müşahidəçiləri ordusu"nu yaradan sağçı milislər bu iğtişaşların daha da gərginləşməsinə səbəb ola bilərlər.
Əldə edilən məlumata görə, prezident seçkiləri yaxınlaşdıqca iğtişaşların qorxusundan ərzaq məhsulları və silah alınmasında kəskin artım müşahidə olunur.
"USA Today" qəzetinin yazdığına görə, əksər ekspertlər seçki ərəfəsində ara sıra zorakılıq hallarının olacağını istisna etmirlər, odur ki, Amerika xalqı rekord həddə silah və sursat alır.
ABŞ-da seçkidən sonra mümkün zorakılıq və etirazları nəzərə alaraq, bir çox market və ofis sahibiləri, mümkün ziyanların qarşısını almaq üçün ticarət və ofis binalarının mühafizəsini gücləndirirlər.