Noy 02, 2020 16:09 Asia/Baku
  • ABŞ-da seçkilər ərəfəsində gərginlik pik həddə çatıb

ABŞ-da prezident seçkiləri ərəfəsində, bu ölkənin müxtəlif şəhərlərində etirazlar və gərginliklər pik həddə çatıbdır.

SəhərAzəri xəbər verir, ABŞ-da cari ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, Tramp administrasiyasının siyasətlərinə qarşı etirazlar artıb və bu gün səhər saatlarında Şimali Karolinada federal qüvvələr ədalətsizlik və irqçiliyə qarşı aksiya keçirənlərə hücum edərək, onları dağıtmaq üçün bibər qazından istifadə ediblər.

Nyu-York şəhərinin Manhetten bölgəsində minlərlə etirazçı ABŞ prezidentinin siyasətlərinə etiraz olaraq, aksiya keçirib.

Həmçinin, Pensilvaniya ştatının ən böyük şəhəri olan Filadelfiya da dünən bu ölkədə oturuşmuş irqçiliyə qarşı nüamyişlərin şahidi idi.

ABŞ-ın müxtəlif şəhərlərində əmin-amansızlığın genişlənməsi ilə, "NBC" xəbər kanalı yüksək vəzifəli bir hüquq-mühafizə rəsmisinə istinadən Ağ Ev ətrafında təhlükəsizlik tədbirlərinin güclənməsindən xəbər verib.

Amerika cəmiyyətində mövcud gərgin atmosferə baxmayaraq, bu ölkə prezidentliyinə iki namizəd, heç bir həddi-hüdud tanımadan, səs qazanmaq üçün bir-birlərinə qarşı istənilən ittihamı irəli sürməkdən çəkinmirlər.

Eyni zamanda Donald Tramp bir tvittdə yenidən Baydeni Çinin satın aldığı və ona pul verdiyi korrupsioner siyasətçi adlandırıb.

ABŞ prezident seçkilərinə demokratların namizədi olan Co Bayden Trampın erkən qələbə elanına reaksiya olaraq, xəbərdarlıq edib ki, çərşənbə axşamı seçkilərində Trampa qələbə elan etməsinə icazə verməyəcək.

ABŞ-da prezident seçkiləri cari il noyabrın 3-də keçiriləcək.

Teqlər