Noy 03, 2020 09:20 Asia/Baku
  • Rusiya müsəlmanları Fransanın İslamofob hərəkətlərinə etiraz ediblər

Rusiya müsəlmanlarından bir qrupu noyabrın 1-də əllərində İslam İnqilabının Böyük Rəhbərinin məktubunun təsvirini tutaraq, Fransa səfirliyinin önünə toplaşıblar.

SəhərAzəri xəbər verir, Rusiya müsəlmanları noyabrın 1-də Fransanın Moskvada yerləşən səfirlik binasının önündə aksiya keçirərək, «Şarli Ebdo» jurnalının əziz İslam Peyğəmbəri(s.ə.s)-in nurlu simasına qarşı ardıcıl hörmətsizliklərinə və Fransa prezidentinin hörmətszilk edənlərə dəstək verməsinə, həmçinin Fransadakı strukturlaşdrılmış islamofobiyaya qarşı hiddətlərini Emmanuel Makronun fotolarını tapdaq altında qoymaqla ifadə ediblər.

Əllərində İslam İnqilabının Böyük Rəhbərinin məktubunun təsvirini tutan rus müsəlmanlardan bir qrupu fransalı gənclərə xitabən bu sualı veriblər: Nə üçün Böyük İslam Peyğəmbəri(s.ə.s)-in müqəddəsliyinə qarşı hörmətsizlik söz azadlığı adlandırılır, amma holokost barədə danışıb, təhqiqat aparmaq cinayət sayılır?

Teqlər