ABŞ prezident seçkiləri başlandı
https://azeri.sahartv.ir/news/dünya-i369159-abŞ_prezident_seçkiləri_başlandı
Bu gün, yerli vaxtla noyabrın üçündə Vermont ştatında seçki məntəqələrinin açılması ilə 2020-ci il Amerika prezident seçkiləri rəsmən başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2020 17:25 Asia/Baku
  • ABŞ prezident seçkiləri başlandı

Bu gün, yerli vaxtla noyabrın üçündə Vermont ştatında seçki məntəqələrinin açılması ilə 2020-ci il Amerika prezident seçkiləri rəsmən başlanıb.

SəhərAzəri xəbər verir, bugünkü seçkilərdə gələn dörd il üçün Amerika prezidentinin seçilməsindən əlavə, senatın yüz yerindən otuz beşi, konqresin nümayəndələr palatasının 435 yerinin vəziyyəti məlum olacaq.

Bundan öncə həftələrdir, Amerikada cərəyan etmiş vaxtından əvvəl səsvermədə 96 milyon nəfər iştirak edibdir.

Səsvermə bir gün sürəcək və səslərin sayılışı sabah, çərşənbə günü başlanacaqdır.