Noy 05, 2020 10:44 Asia/Baku
  • ABŞ prezident seçkiləri barədə son xəbərlər

Bayden Miçiqanda qələbə qazanmaqla Ağ Ev-ə çatmaq üçün altı elektoral səs toplamalıdır.

SəhərAzəri xəbər verir, Amerikada prezident seçkiləri yerli vaxtla çərşənbə axşamı günü səhər saat beşdə Vermont ştatında seçki məntəqələrinin açılması ilə başlandı.

Bu seçkilər Demokrat Partiyasının namizədi Cozef Bayden ilə Amerikanın hazırkı prezidenti Donald Tramp arasındakı rəqabətin taleyini müəyyən edəcək. Bundan əlavə, senatın yüz yerindən 35 yerin, həmçinin konqresin nümayəndələr palatasının 435 yerinin vəziyyəti də məlum olacaqdır.

Qeyd edək ki, Amerikada prezident seçkilərinin taleyini elektoral səslər təyin edir. Hazırda 214 elektoral səs toplamış Donald Trampın rəqibi Cozef və ya Co Bayden 264 elektoral səs əldə edə bilibdir. Onun Ağ Ev-ə gedə bilməsi üçün təkcə altı səs bəs edər.

Teqlər