Bayden Amerikada COVID-19-a nəzarətə təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i369326-bayden_amerikada_covid_19_a_nəzarətə_təkid_edib
Demokrat partiyasının ABŞ prezident seçkilərinə namizədi qələbəsinin elan olunmasından sonrakı ilk çıxışında iş prioriteti kimi koronavirus pandemiyasının nəzarətə götürülməsinə işarə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2020 10:22 Asia/Baku
  • Bayden Amerikada COVID-19-a nəzarətə təkid edib

Demokrat partiyasının ABŞ prezident seçkilərinə namizədi qələbəsinin elan olunmasından sonrakı ilk çıxışında iş prioriteti kimi koronavirus pandemiyasının nəzarətə götürülməsinə işarə edib.

SəhərAzəri xəbər verir, Co Bayden bu gün səhər tezdən Uilminqton şəhərində, qələbəsinin elan olunmasından sonrakı ilk çıxışında bildirib ki, bu vəzifədəki fəaliyyəti COVID-19-a nəzarətlə başlanacaq və o, qabaqcıl ekspert və alimlərdən bir qrupunu keçid dövrünün müşavirləri kimi təqdim edəcək.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Bayden ABŞ prezident seçkilərnin ardınca bu ölkə xalqı arasında yaranmış daxili ixtilaflar barədə deyib: Mən təfriqə salmaq istəməyən, əksinə birləşdirmək istəyən… ştatları mavi və qırmızı kimi görməyib, Amerika Birləşmiş Ştatları hesab edən bir prezident olacağam.