ABŞ-ın Minnesota ştatında seçki etirazçılarından 600 nəfər saxlanılıb
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis, seçki etirazçılarına basqın edərək, ən azı 600 nəfəri saxlayıb.
SəhərAzəri xəbər verir, Minneapolis şəhərində polis etirazçılara qarşı gözyaşardıcı qaz və digər anti-üsyan təchizatlarından istifadə edib.
Etirazçılar səslərinin sayılmamasına etiraz ediblər.
ABŞ-da 3 noyabr tarixli prezident seçkilərindən sonra bu ölkə şəhərləri Trampın tərəfdarları və əleyhdarlarının etiraz meydanına çevrilib.
Noyabrın 7-də bəzi ABŞ mediaları, o cümlədən "CNN", "Fox News", Associated Press" və "Nyu-York Tayms" demokratların namizədi Co Baydenin 290 elektoral səs qazandığını bildirərək, onu ABŞ prezident seçkilərinin qalibi elan ediblər.
Bundan sonra Tramp bir bəyanat yayaraq, demokrat rəqibinin seçkilərdə qalib gəldiyini rədd edərək, "böyük seçki saxtakarlığı" adlandırdığı şeyi dayandırmaq üçün məhkəməyə müraciət edəcəyindən xəbər verib.
Tramp rəqibinin hələ heç bir ştatda qalib gəlmədiyini və seçkilərin sonuna çox qaldığını iddia edib.
Trampın bu iddiası həm ABŞ-da, həm də xaricdə mənfi reaksiyalara səbəb olub.