Noy 11, 2020 15:19 Asia/Baku
  • Tramp bir daha seçkilərdə saxtakarlığın olduğunu iddia edib

ABŞ prezidenti bir daha iddia edibdir ki, bu ölkə seçkilərində saxtakarlıq olubdur.

SəhərAzəri xəbər verir, Donald Tramp Filadelfiya ştatında saxtakarlıq iddiasının irəli sürüldüyü «Federalist» vebsaytından bir mətləbi yenidən yayaraq, iddia edibdir ki, nəzarətçilərə səsvermə və səslərin sayılışı mərkəzlərinə əlçatanlıq icazəsi verilməyibdir.

Tramp başqa bir mesajda isə iddia edibdir ki, xalq bu müdaxilə edilmiş seçkiləri qəbul etməyəcəkdir.

Amerika medialarının demokrat partiyasının namizədi Co Baydenin 290 elektral səs toplamaqla prezident seçkilərində qalib gəlməsinə dair dəyərləndirmələrinə rəğmən, ictimai xidmətlər idarəsi Trampın məğlubiyyəti qəbul etməyə qarşı çıxmasına və ali federal məhkəməyə şikayətə təkid etməsinə görə, indiyədək Baydenin qələbəsini rəsmi şəkildə tanımayıbdır.

Teqlər