Dünyada koronadan sağalanların sayı 38 milyonu keçdi
Noy 15, 2020 19:02 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 38 005 820 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 54 milyon 497 min 135 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 38 milyon 5 min 820 xəstə sağalıb və 1 320 774 nəfər ölüb.
Amerika 11 milyon 232 min 857 nəfər koronavirus xəstəsi və 251 min 273 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Fransa, Rusiya, İspaniya, İngiltərə, Argentina, Kolumbiya, İtaliya, Meksika, Peru, Almanya və İran sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.