Koronavirusun gələn ilin ortalarına qədər nəzarətə alınması proqnoz edilir
Koronavirusa qarşı vaksinin hazırlanmasında əməkdaşlıq edən Uğur Şahin gələn il bu vaksindən geniş istifadə olunacağı təqdirdə, normal bir qış keçirəcəyimizə əminliyini bildirib.
SəhərAzəri xəbər verir, Britaniyanın xəbər kanalının məlumatına görə, ABŞ-ın "Pfayzer" əczaçılıq şirkəti ilə birgə hazırladıqları koronavirus vaksini 90 faizdən çox təsirli olan, "Bayon Tek" şirkətinin icraçı direktoru Uğur Şahin deyib: "Bu şirkət gələn ilin aprel ayına qədər bu vaksindən 300 milyon doza hazırlamaq niyyətindədir".
Şahin "BBC" kanalının səhər verilişinin aparıcısı Endru Mara deyib ki, bu irəliləyiş hazırda ABŞ və Avropanı bürüyən koronavirusun ikinci dalğasını nəzarətə almaqda əhəmiyyətli dərəcədə təsirli ola bilər, çünki geniş və ümumi peyvən gələn ilədək başlamayacaq, Lakin gələn ilin payızına qədər bu baş verərsə, keçmişdəki kimi, normal və adi bir qış keçirə bilərik.
Alimin dediyinə görə, bu vaksin dünyada koronavirus pandemiyasına son qoya bilər.
Bu vaksinin sınaq istifadəsinin fövqəladə nəticələrinin elan edilməsindən bir həftə sonra Uğur Şahin onun geniş tətbiq olunduğu və heç bir əks göstəricisi olmadığını söyləyib.
Britaniyanın bu ilin sonuna qədər sifariş verdiyi 30 milyon doza vaksindən 10 milyon dozasını alacağı qərara alınıb və bir çox başqa ölkə də yüksək miqdarda sifariş verib.