Noy 16, 2020 14:43 Asia/Baku
  • Moldova prezident seçkilərində AB tərəfdarı qalib gəlib

Moldovanın keçmiş baş naziri Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəlib.

SəhərAzəri xəbər verir, Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrinə görə, Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52.08 faiz səslə qalib gəlib. Moldavanın hazırkı Prezidenti İqor Dodon isə 47.92 faiz səs toplaya bilib.

Xatırladaq ki, Maya qərbpərəstdir, İqor isə rusiyayönümlüdür.

Qeyd edək ki, Moldova Konstitusiyasına görə, Prezident seçkilərində qalib gəlmək üçün namizədin təsdiqlənmiş səslərin yarısından çoxuna ehtiyacı var. Bu ölkənin seçkilərində, seçici fəallığı isə 52.72 faiz olub. Ən aktiv seçicilər 56-70 yaş arasında olub.1.6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54.33 faizi qadın, 45.67 faizi isə kişi seçiciləri olub.

Hazırkı president İqor Dodon andiçmə mərasiminin 24 dekabrdan sonra olacağını bildirib.

 

 

Teqlər