Tramp koronavirus vaksinindən təbliğat vasitəsi kimi istifadə edir
Tramp koronavirus vaksinindən təbliğat vasitəsi kimi istifadə edir.
SəhərAzəri xəbər verir, Amerikanın koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı baxımından dünyada ən yüksək göstəriciyə malik olduğu bir halda, həmin ölkənin prezidenti Donald Tramp bir təbliğat jestində bildiribdir ki, koronavirus vaksini onun dövründə kəşf olunubdur.
Donald Tramp bazar ertəsi günü Moderna şirkətinin koronavirus üçün təsirli peyvənd istehsalındakı müvəffəqiyyətinə işarə ilə deyib ki, bu böyük kəşf onun dövründə baş veribdir.
Amerikan Moderna şirkəti bildiribdir ki, bu şirkətin koronavirus vaksini təqribən 95 faiz təsirli olubdur.
Şirkət yeni vaksin barədə nikbinlik ifadə edib, amma elan olunmuş nəticə ilkin məlumatlar və hesablamalara əsaslanır.
Bundan öncə amerikan «Pfayzer» şirkəti də bildirmişdi ki, bu şirkətin istehsal etdiyi COVID-19 peyvəndinin koronavirusa yoluxmanın qarşısının alınmasındakı təsir gücü doxsan faizdən çox və bu nəticə gözlənilən həddən yuxarı olubdur.