Noy 17, 2020 20:00 Asia/Baku
  • Lavrov Rusiyanın Qarabağ sülh razılaşmasının yenidən nəzərdən keçirilməsilə müxalif olduğunu vurğulayıb

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, bu ölkə ABŞ və Fransanın Qarabağ sülh razılaşmasının yenidən nəzərdən keçirilməsi üzrə hərəkətlərinə mane olacaq.

SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün Fransa və Amerikanın Bakı ilə İrəvan arasındakı Qarabağ sülh razılaşmasını Ermənistanın xeyrinə dəyişdirmək üzrə hərəkətləri barədə xəbərdarlıq edib.

Rusiyanın xarici işlər naziri bildirib ki, Azərbaycan Respublikası və Ermənistanın Dağlıq Qarabağ bölgəsində sülh üzrə razılaşması Beynəlxalq Qızıl Xaç Komitəsinin bu bölgədə fəaliyyət göstərməsinə fürsət yaradıb. O, BMT-nin digər orqanlarından da istəyibdir ki, bu bölgədəki humanitar işlərdə iştirak etsinlər.

Lavrov həmçinin Qarabağ sülh razılaşmasını bu bölgədə humanitar işlər üçün faydalı adlandırıb. Deyib ki, bu razılaşma Qarabağda fəaliyyət göstərməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə daha çox imkan yaradır.

Teqlər