Trampın müşaviri:"Görünən odur ki, seçkilərdə Bayden qalib gəlir"
https://azeri.sahartv.ir/news/dünya-i369717-trampın_müşaviri_görünən_odur_ki_seçkilərdə_bayden_qalib_gəlir
“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2020 08:33 Asia/Baku
  • Trampın müşaviri:

“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.

 SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen səsləndirib.

“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə - və hazırda işlər açıq-aşkar belə görünür - biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, - deyə Robert O'Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib.