Amerika seçkilərindəki səslərin sayı seçicilərin sayından çox olubdur
https://azeri.sahartv.ir/news/dünya-i369742-amerika_seçkilərindəki_səslərin_sayı_seçicilərin_sayından_çox_olubdur
Amerika prezidenti iddia edibdir ki, bu ölkənin prezident seçkilərində qeydə alınan səslərin sayı seçicilərin sayından çox olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2020 05:24 Asia/Baku
  • Amerika seçkilərindəki səslərin sayı seçicilərin sayından çox olubdur

Amerika prezidenti iddia edibdir ki, bu ölkənin prezident seçkilərində qeydə alınan səslərin sayı seçicilərin sayından çox olubdur.

SəhərAzəri xəbər verir, Donald Tramp çərşənbə günü bir daha bu ölkənin 2020-ci il noyabrın üçündə keçirilən prezident seçkilərində qələbə iddiasını təkrarlayıb. O, bir daha iddia edibdir ki, bütün Amerikada seçki saxtakarlığı mövcud olubdur.

Tramp həmçinin iddia edir ki, Amerikanın seçilmiş prezidenti Co Bayden yalnız geniş saxtakarlıq hesabına seçkilərdə qalib gəlməyə müvəffəq olubdur.

Bayden inidyə kimi 306 elektral səs qazanıb. 232 elektral səs toplayan Tramp isə hələ də seçkilərdəki məğlubiyyətini qəbul etməkdən imtina edir.