Ağ Ev-də hakimiyyətin səssiz Baydenə ötürülməsi prosesi başlanıb
https://azeri.sahartv.ir/news/dünya-i369792-ağ_ev_də_hakimiyyətin_səssiz_baydenə_ötürülməsi_prosesi_başlanıb
Trampın hələ də son ABŞ prezident seçkilərinin nəticələrini qəbul etmədiyi bir halda, Ağ Ev-in milli təhlükəsizlik müşaviri tərəfindən hakimiyyətin asanlıqla Co Baydenə ötürülməsi üzrə addımlar atması barədə məlumatlar yayılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2020 07:13 Asia/Baku
  • Ağ Ev-də hakimiyyətin səssiz Baydenə ötürülməsi prosesi başlanıb

Trampın hələ də son ABŞ prezident seçkilərinin nəticələrini qəbul etmədiyi bir halda, Ağ Ev-in milli təhlükəsizlik müşaviri tərəfindən hakimiyyətin asanlıqla Co Baydenə ötürülməsi üzrə addımlar atması barədə məlumatlar yayılıbdır.

SəhərAzəri xəbər verir, Foks-Nyus telekanalının sabiq müxbiri və Sinkler media qrupunun müxbiri Ceyms Rozen bir tvittdə yazıb: Donald Trampın Baydeni Amerikanın seçilmiş prezidenti kimi qəbul etmədiyi bir halda, mötəbər bir mənbə bildiribdir ki, Ağ Ev-in işçiləri, o sıradan Trampın milli təhlükəsizlik müşaviri Robert Obrayn hakimiyyətin ötürülməsinin rahatlıqla baş verməsindən əmin olmaq üçün bu prosesi səssiz həyata keçirməkdədir.

Obrayn bazar ertəsi günü etiraf etmişdi ki, əgər demokrat partiyasının namizədi Co Bayden rəsmən 2020-ci il ABŞ prezident seçkilərinin qalibi kimi təqdim olunarsa, hakmiyyətin Ağ Ev-in milli təhlükəsizlik şurasından ötürülməsi peşəkar formada həyata keçiriləcəkdir.

ABŞ prezident seçkilərindən təqribən iki həftə keçsə və Co Bayden 306 elektral səslə Amerika prezidenti seçilsə də Tramp bu məsələni inadkarlıqla rədd edərək, tvitterdə seçkilərdə qalib gəldiyini iddia edir.