Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişlәndirir
Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Belarusa qarşı sanksiya paketini genişlәndirәcәklәrini söylәyib
SəhərAzəri xəbər verir, Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Belarusa qarşı sanksiya paketini genişlәndirәcәklәrini söylәyib.
Cozef Borrel Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasından sonra mәtbuat toplantısı keçirib. Cozef Borrel çıxışı zamanı Avropa İttifaqının Belarusa qarşı sanksiyaları genişlәndirdiyini deyib.
Cozef Borrel Belarusda avqust ayında keçirilәn prezident seçkilәrindәn sonra dövlәt başçısı Aleksandr Lukaşenko daxil olmaqla 50-dәn çox rәsmi şәxsә sanksiya tәtbiq edldiyini xatırladıb. O, yeni sanksiya paketinә bәzi quruluş vә şirkәtlәrin dә daxil edilәcәyini vurğulayıb.
Belarus rәhbәrliyinin sanksiyalara baxmayaraq müxalifәtә tәzyiq göstәrmәyә davam etdiyini bildirәn Cozef Borrel Avropa İttifaqına üzv dövlәtlәrin әksәriyyәtinin yeni sanksiya paketinin hazırlanmasını tәlәb etdiyini qeyd edib.