Aİ ABŞ-da edam cəzasının bərpasından narahatdır
https://azeri.sahartv.ir/news/dünya-i369892-aİ_abŞ_da_edam_cəzasının_bərpasından_narahatdır
Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2020 02:35 Asia/Baku
  • Aİ ABŞ-da edam cəzasının bərpasından narahatdır

Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.

SəhərAzəri xəbər verir, Aİ Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilir ki, 17 ildən sonra ölüm cəzasına məhkum edilmiş 8 məhbus edam edilib, 6 nəfər isə dekabr və gələn ilin yanvarında edam ediləcək.

Aİ ABŞ administrasiyasını qərarını ləğv etməyə, federal səviyyədə bütün edamları dayandırmağa çağırıb. Bəyanatda qeyd edilir ki, ABŞ-da federal səviyyədə böyük sayda edamın icra olunması ABŞ-ın ayrı-ayrı ştatlarında və dünyada edamların kəskin azalması fonunda baş verir.

Qeyd edək ki, ABŞ-da federal səviyyədə sonuncu dəfə 2003-cü ildə 3 məhbus edam olunub.