ABŞ-da COVID-19 tələfatının sayı 265 min nəfəri keçib
Noy 25, 2020 19:19 Asia/Baku
Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 265 min nəfəri keçib.
SəhərAzəri xəbər verir, «Worldometers» informasiya saytı çərşənbə günü səhər tezdən bildiribdir ki, bu ölkədə koronavirusa yoluxanların sayı on iki milyon 955 min yeddi nəfərə çatıb və onlardan 265 min 891 nəfər həyatını itiribdir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Amerika hökuməti hal-hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşir.