Noy 26, 2020 20:21 Asia/Baku
  • Rusiya yeni anti-ballistik raketini uğurla sınaqdan keçirib

Rusiya ordusu Qazaxıstanda aerokosmik və müdafiə sənayesinin yeni sınaqlarının uğurla həyata keçirildiyindən xəbər verib.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bir bəyanat yayaraq, raketin Qazaxıstanın Sarı-Şaqan poliqonundan buraxıldığını və simulyasiya edilmiş hədəfə dəydiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, bu raketin müdafiə sistemləri hava və kosmik hücumlardan qorunmaq üçün dizayn olunub.

Bundan əvvəl oktyabr ayının sonunda Rusiya Müdafiə Nazirliyi yeni bir raketdən müdafiə sistemini Sarı-Şaqan poliqonunda sınaqdan keçirdiyini açıqlayıb.

Raket sınağı ABŞ-ın 22 Noyabr bazar günü rəsmi şəkildə "Açıq Səma Müqaviləsi"ni tərk etdikdən sonra həyata keçirilib.

Moskva ABŞ-ın bu təxribatçı hərəkətindən təəssüfləndiyini bildirərək, müqavilənin 2021-ci ildə tam tətbiq olunacağını vurğulayıb.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 24 Mart 1992-ci ildə Helsinkidə imzalanıb və hazırda 35 üzv dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.

Teqlər