Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalara çağırır
Avropa Parlamenti, Kiprin sahil şəhəri Varoşa ilə əlaqədar bir qətnamədə, BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq, Avropa Şurasını, şəhəri qismən açılması səbəbiylə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran bir düzəlişi təsdiqlədi.
SəhərAzəri xəbər veriri ki, Avropa Xalq Partiyası tərəfindən təklif olunan dəyişiklik, Avropa Şurasının Türkiyənin birtərəfli və qanunsuz hərəkətlərinə qarşı möhkəm durmağına və bu qanunsuz hərəkətlərə cavab olaraq Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməsinə ehtiyac olduğunu bildirir.
"Türkiyənin qanunsuz hərəkətlərindən sonra Varoşada artan gərginlik və danışıqların təcili olaraq bərpa edilməsinə ehtiyac" başlıqlı qətnamədə, sanksiyaların yalnız dialoq, dürüst əməkdaşlıq və güclü irəliləyiş yolu ilə qaldırılması tələb olunur.
Avropa Birliyi, daha əvvəl Türkiyəni yaşayış olmayan sahil şəhəri Varoşa'nın açılmasına görə qınadı; 1974-cü ildə Türklərin Kiprin Yunan sakinli bölgəsinə qarşı hücum etməsindən sonra sözü gedən şəhər boş qaldı.