Noy 29, 2020 10:07 Asia/Baku
  • Londonda karantin tədbirlərinə qarşı keçirilən aksiyalarda 155 nəfər saxlanılıb

Britaniyada polisi Londonun mərkəzində koronavirusla bağlı tətbiq edilən karantin qaydalarına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı 155 nəfəri saxlayıb.

SəhərAzəri TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidmətinin yayımladığı məlumatda deyilir.

“Saxlama tədbirləri COVID-19 pandemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin pozulması, polis məmuruna hücum, habelə narkotik maddə gəzdirməklə əlaqədar həyata keçirilib. Polis insanların qrup halında toplaşmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüb və onları evlərinə getməyə səsləyib”, - deyə məlumatda qeyd olunub.

Polis, həmçinin etiraz aksiyalarında iştirak etmək üçün Londona doğru istiqamətlənən insanlarla dolu bir neçə avtobusu da saxlayıb.

 

Teqlər