Noy 29, 2020 10:51 Asia/Baku
  • Fransanın əsas şəhərlərində polis zorakılığına qarşı nümayişlər keçirilib

Fransada qlobal təhlükəsizlik qanununa və polis zorakılığına qarşı nümayişlər keçirilib.

SəhərAzəri xəbər verir, Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə nümayişdə 133 min, təşkilatçılara görə isə 500 min nəfər iştirak edib.

Paris, Strasburq, Lion, Lil, Marsel kimi şəhərlərdə keçirilən etiraz nümayişlərində “Silahlarınızı endirin, kameralarımızı endirəcəyik!” şüarı səsləndirilib. Nümayişçilər ifadə azadlığını və hüquqi dövlət prinsipini pozan qanun mətninə etiraz olaraq Parisdə Respublika meydanına toplanıblar.

Nümayişçilər və polis arasında toqquşma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Küçələrdə maşınlar, qəzet köşkü, eləcə də kafelər yandırılıb.

Teqlər