ABŞ-ın İllinoys ştatında silahlı insident baş verib; ölü var
Polis rəsmiləri ABŞ-ın İllonoys ştatının Çikaqo şəhərində baş verən silahlı insident nəticəsində 7 nəfərin öldüyündən xəbər veriblər.
SəhərAzəri "ABC" xəbər agentliyinə istinadən xəbər verir, polis Çikaqodakı atışmalarda ən azı 7 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirib.
Statistikalar göstərir ki, cari ildə bu şəhərdə baş verən silahlı insidentlər nəticəsində 3 min 169 nəfər ölüb ki, 2019-cu illə müqayisədə onların sayı min 219 nəfər daha çoxdur.
Statistikalara əsasən, Şikaqo şəhərində silahlı zorakılıqlar kəskin şəkildə artıbdır.
Hər il ABŞ-da baş verən atışmalarda minlərlə insan ölür və ya yaralanır.
Rəsmi məlumatlara görə, ABŞ-da adambaşına təxminən 270 - 300 milyon odlu silah var.
Silah lobbisinin gücünə görə indiyə qədər heç bir ABŞ hökuməti ölkədə silah satışına məhdudiyyət qoymaq istəməyib.
ABŞ prezidenti Donald Tramp Amerikada silah sahiblərinin əsas himayəçisidir.