Rusiya ilə ABŞ arasında raket və hərbi sahə üzrə gərginlik artıbdır
Rusiyanın yeni "Sirkon" hipersonik (səsdən sürətli) raketi və "Tijul" ballistik raketdən müdafiə sisteminin sınaqdan keçirilməsi, bu ölkə ilə ABŞ arasında raket və hərbi gərginliyi kəskin şəkildə artırıbdır
SəhərAzəri xəbər verir, Rusiya və ABŞ arasındakı hərbi gərginlik bu günlər və Co Baydenin prezident olaraq, işə başlaması ərəfəsində misli görünməmiş şəkildə artıbdır. Yeni gərginlik ABŞ-a məxsus hərbi bir gəminin Rusiyanın ərazi sularının iki kilometr dərinliyinə daxil olması ilə başlanıb. Hansı ki, Rusiyanın hərbi gəmisinin kəskin xəbərdarlığı ilə üzləşib və dərhal geri çəkilməyə məcbur edilib.
Lakin bütün amerikalıları, xüsusilə də yeni rəhbərliyi narahat edən əsasə məsələ Rusiyanın raket sahəsində gücünü nümayiş etdirməsidir. səsdən sürəti 8 dəfə çox olan bu raket "Sirkon" adlanır və aviadaşıyıcıların qatili kimi tanınır.
Rusiyanın yeni anti-ballistik rakrti güc balansını çox yaxşı şəkildə təmin edir.
Sirkonun sınağı həftə ərzində Rusiya tərəfindən həyata keçirilən yeganə sınaq deyil, bu ölkənin Müdafiə Nazirliyi yeni anti-ballistik raketi də uğurla sınaqdan keçirib.
Trampda prezidentliyinin son günlərində boş-bekar oturmayıb və İrana həssas materialların daşınması bəhanəsi ilə iki Çin şirkəti ilə bərabər "Nilfam Xəzər" və ya "Nilko" və "Elekon" adlı iki rus şirkətinə qarşı sanksiya tətbiq edib.
Eyni zamanda ABŞ keçən həftə Almaniyadan Rumıniyaya köşürdüyü və Qara dənizdə bir nüçə təlim hədəfinə doğru atəş açdığı uzunmənzilli yaylım atəşli "Himas" sistemlərini tələsik yığışdırıb və yenidən Almaniyaya qaytarıb. Analitiklər hesab edirlər ki, Rusiyanın, ABŞ və NATO-ya sərt xəbərdarlığı ABŞ-ın geri çəkilməsində rol oynayıb.