Dek 01, 2020 16:16 Asia/Baku
  • ABŞ-ın kəşfiyyat təyyarələri Şimali Koreyanı izləyir

Xəbər mənbələri ABŞ-ın bir neçə kəşfiyyat təyyarəsinin Cənubi Koreyanın üzərindən raket atışları daxil olmaqla Şimali Koreyanın hərəkətlərini izləmək üçün uçduğunu bildirib.

SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən xəbər verir ki, aviasiya mənbələri ABŞ Aviasiya Qüvvələrinin kəşfiyyat təyyarələrinin şimal qonşusunun hərəkətlərini izləmək üçün Cənubi Koreya üzərindən keçdiyini bildirib.
Yonhap xəbər agentliyi Twitter üzərindən verdiyi xəbərində, dünən (30 noyabr) ABŞ-ın “RC 135 Riot Joint” kəşfiyyat təyyarəsinin Cənubi Koreyanın qərbindəki İnçen şəhəri üzərindən monitorinq uçuşu etdiyini bildirib.
Xəbərdə bildirilib ki, bu xüsusi təyyarə raket atılmazdan əvvəl başlanğıc işarələrini aşkarlayır və döyüş başlıqlarının yolunu təhlil edə bilir.
“EO-5C Crazy Haw” təyyarəsi, üç “Thunderbolt” qırıcısı və iki yanacaq tankeri ilə birlikdə bazar ertəsi Cənubi Koreyanın bəzi bölgələrində görünüb. ABŞ mətbuatı xəbər verir ki, uçuşlar Şimali Koreyanın ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində raket atması kimi təxribat xarakterli hərəkətləri fonunda reallaşır.
Mütəxəssislər, bu casus təyyarələrin yerləşdirilməsinin onların müntəzəm əməliyyatlarının bir hissəsi olduğunu və onları tutma ehtimalının Şimali Koreyaya qəsdən təzyiq göstərmək cəhdləri olduğunu düşünürlər.
Cənubi Koreyalı hərbi rəsmi belə deyib: “Şimali Koreyanın hərbi hərəkatlarını yaxından izləyirik və bu günə qədər Şimali Koreyadan təxribat xarakterli hərəkətlərə rast gəlinmir”.
Şimali Koreyanın rəhbəri Kim Çen In və ABŞ-ın prezidenti Donald Tramp nüvəsizləşmə müqabilində Şimali Koreyaya tətbiq olunan sanksiyaları ləğv etmək üçün üç dəfə görüşsə də, nəticəsi olmayıb.
Tramp yenidən seçiləcəyi təqdirdə Şimali Koreya ilə tezliklə razılığa gələcəyinə söz vermişdi.

Teqlər