NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək
NATO Əfqanıstandakı missiyasının gələcəyilə bağlı 2021-ci ilin fevralında qərar verəcək.
SəhərAzəri xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin video konfransından sonra keçirilən mətbuat toplantısında deyib.
“Əfqanıstanla bağlı 2021-ci ilin fevralında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin toplantısında çətin bir qərar verməliyik. Ancaq nə olursa olsun, bu qərar koordinasiyalı və mütəşəkkil bir şəkildə həyata keçirilməlidir”, - Stoltenberq bildirib.
Xatırladaq ki, daha əvvəl Baş katib ABŞ-ın Əfqanıstandakı "Taliban" hərəkatı ilə müqaviləsinə uyğun olaraq hərbçilərinin sayını azaltmağa qərar verib, buna baxmayaraq alyansın təlim missiyası əvvəlki konfiqurasiyada davam etdiriləcək.