Dek 03, 2020 16:23 Asia/Baku
  • Fransanın keçmiş prezidenti  koronavirusdan vəfat edib

Fransanın keçmiş prezidenti Valeri Jiskar Desten koronavirusa yoluxduğuna görə, 94 yaşında vəfat edib.

SəhərAzəri xəbər verir, Valeri Jiskar Destenin ailəsi bir bəyanatda bildiribdir ki, onun dəfn mərasimi xüsusi formada keçiriləcək.

Jiskar Desteni Fransada başlıca olaraq, radikal islahatlarına, o sıradan abortu qanuniləşdirməsi, boşanmanı azad etməsi və səsvermə yaşını on səkkizə endirməsinə görə, xatırlayırlar.

Fransanın bu keçmiş prezidenti həmçinin Avropada vahid pul sisteminə doğru hərəkətdə Almaniyanın keçmiş kansleri Helmut Şmidt ilə həmkarlığına görə, məşhur oldu.

Jiskar Desten öz siyasi fəaliyyətinə 1959-cu ildə başlamış, 1969-cu ildə Fransanın maliyyə naziri olmuşdu. Desten 1974-cü ildə sosialist Fransua Mitterana qalib gələrək, Fransa prezidenti olmuşdu.

Teqlər