BMT: "Əməkdaşlarımıza peyvənd təklif edən yeganə ölkə Rusiyadır"
BMT baş katibinin sözşüsü Stefan Dujarriç Rusiyadan başqa heç bir ölkənin hazırladığı peyvəndi BMT işçilərinə peyvənd etmək üçün təklif etmədiyini bildirib.
SəhərAzəri xarici xəbər agentliklərinə istinadla xəbər verir, gündəlik mətbuat konfransında Stefan Dujarriçdən Rusiyadan savayı hansı ölkənin hazırladığı peyvəndi BMT-nin baş katibinə təklif etdiyi soruşulanda belə cavab verib: “Rusiya Federasiyası tərəfindən BMT işçiləri üçün edilən peyvənd təklifi mənim bildiyim qədərilə yeganə təklifdir. Rusiya və Ümumdünya Səhiyyə Təşkilatı ilə görüşməyə davam edirik”.
BMT-nin baş katibi Antonio Quterresin nə vaxt peyvənd olunacağı ilə bağlı verilən suala isə, Dujarriç belə cavab verib: “Peyvənd hazır olan kimi ondan istifadə edəcəyinə şübhə etmirəm. Ümid edirəm ki, hamımız kimi”.
O, BMT baş katibinin xüsusilə ön cəbhə işçilərinin və ehtiyacı olanların peyvəndlənməsini görmək istədiyini qeyd edib.