ABŞ-da işsizlərin sayı ağlasığmaz dərəcədə artıb
İnformasiya mənbələri təkcə ötən iki həftə ərzində, koronavirus pandemiyasının qızğın çağında Amerikada işsizlərin sayının durmadan artmasından xəbər veriblər.
SəhərAzəri xəbər verir, CNN bir reportajda ABŞ-da işsizlərin sayının ağlasığmaz dərəcədə artmasına nəzər salıb və belə qeyd edib: Yeni koronavirus pandemiyası və iqtisadi durğunluq Amerikanın əmək bazarında özünü nəzərəçarpacaq dərəcədə göstərib.
Statistikaya əsasən, iki həftə ərzində daha 712 min nəfər amerikalı işsizlər qoşununa əlavə olub. Bu şəxslər işsizlik sığortasının xidmətlərindən bəhrələnmək üçün öz ərizələrini təqdim ediblər.
Yeni araşdırmalar və analizlərə görə, yanvarın birindən etibarən, bütün Amerika boyu təqribən on iki milyon fəhlə öz işsizlik müavinətini itirəcəkdir.
Ekspertlərin sözlərinə görə, bu müavinətin kəsilməsi bir çox ailəni yoxsulluğa doğru sürükləyə bilər.
Son rəsmi statistikalara görə, indiyədək Amerikada on dörd milyon 313 min 941 nəfər COVID-19-a yoluxub. Onlardan 278 min 206 nəfər həyatını itiribdir.