Dek 05, 2020 16:07 Asia/Baku

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sionist rejiminin Fələstin ərazilərindəki işğalçılıq siyasətinə toxunaraq, İordan çayının qərb sahilində rejimin birtərəfli hərəkətlərinə son qoyulmasını istəyib.

SəhərAzəri TASS xəbər agentliyinə istinadən xəbər verir, Sergey Lavrov Moskvada "Aralıq dənizi Dialoqları" Beynəlxalq Konfransının iştirakçılarına video konfrans yolu ilə çıxışında, Sionist rejiminin işğalçılıq siyasətini tənqid edərək, belə deyib: "Sionist rejiminin birtərəfli hərəkətlərinə son qoyulmalıdır, burada onların sürətlə inkişaf edən məskunlaşma siyasətini və İordan çayının qərb sahilindəki fələstinlilərin evlərinin qanunsuz sökülməsini nəzərdə tuturam".
Lavrov daha sonra İordan çayının qərb sahilindəki sionistlərin işğalçılıq siyasətinin nəticələri barədə xəbərdarlıq edərək, belə davam edib: "Ərəb-Sionist rejimi münaqişəsinin köhnə yaraları açıq olduğu vaxta qədər bu bölgə çox mürəkkəb və xaotik olacaq və heç vaxt tam sabitləşməyəcək".
Bəzi Körfəz ölkələri ilə Sionist rejim arasındakı münasibətlərin normallaşmasını müsbət proses kimi təsvir etməsinə baxmayaraq, Lavrov bu cür yaxşı münasibətlərin Fələstin probleminin beynəlxalq hüquqa uyğun olaraq həll edilməsinin əvəzi olmamalı olduğunu söyləyib.
Lavrov fələstinlilərlə sionistlər arasında birbaşa və dərhal danışıqların davam etdirilməsinə kömək etmək üçün beynəlxalq səyləri artırmağa çağırıb.

Teqlər