Dek 06, 2020 13:47 Asia/Baku
  • ABŞ-da neft anbarında partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Texas ştatında, Korpus-Kristidə “Magellan Midstream Partners” şirkətinin zavodu ərazisində xam neftin saxlanılması rezervuarının partlayışı zamanı azı yeddi nəfər müxtəlif xəsarətlər alıb.

SəhərAzəri xəbər verir, bu barədə yanğınsöndürən xidmətinə istinadən “Associated Press” agentliyi bildirib.

Agentliyin məlumatına görə, dörd yaralının vəziyyəti kritik qiymətləndirilir. Yanğın tamamilə söndürülüb.

Yanğınsöndürmə xidmətinin rəis müavini qeyd edib ki, hadisə nəticəsində ciddi maddi ziyan və havanın çirklənməsi aşkarlanmayıb.

Şirkətin nümayəndəsi Mark Kelxunun sözlərinə görə, şənbə günü səhər xam neftin saxlanıldığı, işçilərin təmizlədiyi və yoxladığı rezervuarın yanında alovlanma baş verib. "Hadisənin səbəbinə gəlincə, biz hələ bilmirik ki, nə baş verib və yanğına səbəb nə olub", - Kelxun deyib.

Teqlər